Xəbərlər

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Kitabxana müdiri tələbələr ilə birlikdə tanınmış Azərbaycan yazıçısı, maarifçi və ictimai xadim Cəlil Məmmədquluzadənin ev muzeyində ekskursiyada olmuşlar.

Slide 1
Slide 2
Slide 3

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Kitabxana müdiri tələbələr ilə birlikdə tanınmış Azərbaycan yazıçısı, maarifçi və ictimai xadim Cəlil Məmmədquluzadənin ev muzeyində ekskursiyada olmuşlar.

13 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Kitabxana müdiri tələbələr ilə birlikdə tanınmış Azərbaycan yazıçısı, maarifçi və ictimai xadim Cəlil Məmmədquluzadənin ev muzeyində ekskursiyada olmuşlar.

Ekskursiya zamanı tələbələr və müəllim heyəti Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı ilə yaxından tanış olublar. Muzeydə nümayiş etdirilən eksponatlar — yazı makinası, şəxsi əşyaları, dövrün mətbu orqanlarında çap olunmuş məqalələri, eləcə də "Molla Nəsrəddin" jurnalının nüsxələri böyük maraqla qarşılanıb.

Ekskursiyanın əsas məqsədi tələbələrə klassik ədəbiyyatımızın korifeylərini tanıtmaq, onların milli-mənəvi dəyərlərimizə olan marağını artırmaq və bədii-estetik dünyagörüşlərini genişləndirmək olub.

Tələbələr ekskursiya müddətində muzey bələdçisinin təqdimatını maraqla dinləyərək Cəlil Məmmədquluzadənin milli oyanış və tənqidi realizm sahəsindəki fəaliyyətini daha dərindən mənimsəyiblər.

Ekskursiyanın sonunda tələbələrə bu cür maarifləndirici tədbirlərin davam etdiriləcəyi və digər tarixi məkanlara da səfərlərin planlaşdırıldığı bildirilib.