11 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Tələbə Gənclər Təşkilatının üzvləri şəhid leytenant Orucəliyev Qabilin ailəsi ilə görüş keçirib.

Görüş Vətən müharibəsində canını fəda etmiş qəhrəmanlarımızın xatirəsini yad etmək və onların ailələrinə dəstək olmaq məqsədilə təşkil olunub.
Görüş zamanı tələbələr şəhid leytenant Orucəliyev Qabilin ailəsinə dərin hörmət və minnətdarlıqlarını ifadə etdilər. Onlar, Vətən uğrunda göstərdiyi qəhrəmanlığa görə şəhidimizin xatirəsinin əbədi olaraq qəlblərdə yaşayacağını vurğuladılar. Görüşdə şəhidin həyatı, döyüş yolu və vətənpərvərlik nümunəsi haqqında məlumatlar paylaşıldı, onun fədakarlığı və vətən sevgisi bir daha xatırladıldı.
Bu cür görüşlər, şəhid ailələrinə mənəvi dəstək olmaqla yanaşı, gənc nəsillərin vətənpərvərlik ruhunu gücləndirmək və onların milli dəyərlərə sadiq qalmalarına təkan vermək baxımından böyük əhəmiyyət daşıyır.