Ümumtəhsil və Texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəlliminin təşəbbüsü ilə Konstitusiya və Suverenlik ili çərçivəsində “Dövlət suverenliyində robot texnologiyaların rolu” mövzusunda açıq dərsi keçirilmişdir.
08 oktyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və Texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəlliminin təşəbbüsü ilə Konstitusiya və Suverenlik ili çərçivəsində “Dövlət suverenliyində robot texnologiyaların rolu” mövzusunda açıq dərsi keçirilmişdir.
Açıq giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov ölkəmizdə elmin, təhsilin və texnologiyanın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti, eləcə də müasir texnologiyaların dövlət müstəqilliyinin və suverenliyin möhkəmləndirilməsindəki rolu barədə geniş məlumat vermişdir.
Tədbirin sonunda tələbələr hazırladıqları təqdimatları nümayiş etdirmiş, öz ideyalarını və tədqiqat nəticələrini təqdim etmişlər. Onların çıxışları mövzunun aktuallığı, yaradıcı yanaşmaları və müasir texnoloji trendlərə verdikləri diqqət baxımından xüsusi maraqla qarşılanmışdır.
Belə tədbirlər gənclərin texnoloji biliklərinin artırılmasına, dövlətçilik ideyalarına bağlı, yaradıcı və innovativ düşüncəyə malik mütəxəssislər kimi formalaşmalarına mühüm töhfə verir.