II kurs Elektrik təchizatı və II kurs Telekommunikasiya və kompüter sistemlərinin informasiya təhlükəsizliyi ixtisaslarının tələbələri ilə birgə Cəmşid Naxçıvanski Ev Muzeyi ziyarət etmişlər.
07 oktyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici dillər fənn birləşmə komissiyasının müəllimi II kurs Elektrik təchizatı və II kurs Telekommunikasiya və kompüter sistemlərinin informasiya təhlükəsizliyi ixtisaslarının tələbələri ilə birgə Cəmşid Naxçıvanski Ev Muzeyi ziyarət etmişlər.
Ziyarətin məqsədi tələbələrə Azərbaycanın dövlətçilik tarixini, milli ordumuzun formalaşmasında mühüm rol oynamış görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətini, həmçinin Konstitusiya Gününün əhəmiyyətini daha dərindən tanıtmaq olub.
Muzeyin əməkdaşları tələbələrə Cəmşid Naxçıvanskinin hərbi xidmət yolu, Azərbaycan hərb tarixindəki yeri və gənclərə vətənpərvərlik nümunəsi olan həyatından maraqlı faktlar haqqında məlumat veriblər.