Xəbərlər

11.10.2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin Texniki ixtisaslar fənn birləşməsi komissiyasının sədri tərəfindən şəhidlər xiyabanına və xatirə muzeyinə ziyarət təşkil olunub

Slide 1
Slide 2
Slide 3

11 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin Texniki ixtisaslar fənn birləşməsi komissiyasının sədri tərəfindən şəhidlər xiyabanına və xatirə muzeyinə ziyarət təşkil olunub. Bu ziyarətin məqsədi Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək və onların göstərdikləri qəhrəmanlığı tələbələrə bir daha xatırlatmaq idi.

Təşkil olunan bu görüş zamanı tələbələr şəhidlərimizin Vətən uğrunda canlarını necə fəda etdiklərini daha yaxından öyrəndilər, onların əziz xatirəsini bir daha hörmətlə yad etdilər. Həmçinin xatirə muzeyində müharibə zamanı əldə olunan qələbələr, qəhrəmanlıq nümunələri və şəhidlərimizin həyat yolu ilə bağlı ətraflı məlumat aldılar. Bu cür tədbirlər tələbələrin milli ruhunu yüksəldir və vətənpərvərlik hisslərini daha da gücləndirir.