07 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecində “Humanitar fənlər birləşmə komissiyası”nın təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli"inə həsr olunmuş elmi-maarifləndirici tədbir keçirilmişd
07 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecində “Humanitar fənlər birləşmə komissiyası”nın təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli"inə həsr olunmuş elmi-maarifləndirici tədbir keçirilmişdir.
Kollecin direktoru Asəf Ruşanov çıxışında vurğulamışdır ki, xalqın iradəsini ifadə edən Azərbaycan Konstitusiyası dövlətimizin siyasi, hüquqi və sosial əsaslarını müəyyən edən ali sənəd kimi cəmiyyətin hərtərəfli inkişafında mühüm rol oynayır. O, gənclərin konstitusiya dəyərlərinə dərindən bələd olması, dövlətçilik prinsiplərinə sadiq vətəndaş kimi yetişməsinin milli prioritet olduğunu qeyd etmişdir.
Tarix müəllimi tədbirdə Azərbaycanın dövlətçilik ənənələrinin formalaşmasında, müstəqilliyimizin möhkəmlənməsində və hüquqi dövlət quruculuğunda Azərbaycan Konstitusiyasının əhəmiyyəti barədə ətraflı məlumat vermişdir.
Bu cür tədbirlər tələbələrin hüquqi biliklərinin artmasına, dövlətçilik ənənələrinin təbliğinə və suverenliyin qorunması naminə milli ruhda formalaşmalarına xidmət edir.