Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimi tələbələr ilə birlikdə “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar Cəmşid Naxçıvanskinin ev muzeyində ekskursiyada olunmuşlar
07 oktyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimi tələbələr ilə birlikdə “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar Cəmşid Naxçıvanskinin ev muzeyində ekskursiyada olunmuşlar
Ekskursiya zamanı tələbələrə general-mayor Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətinə dair geniş məlumat verilmiş, onun Vətənə və xalqa göstərdiyi xidmətlər, hərbi fəaliyyətindəki qəhrəmanlıq nümunələri haqqında danışılmışdır. Muzeydə nümayiş olunan eksponatlar tələbələrdə böyük maraq doğurmuş, onlar Azərbaycan hərb tarixinin görkəmli şəxsiyyətlərindən biri olan Cəmşid Naxçıvanskinin keçdiyi şərəfli ömür yolunu daha yaxından tanımaq imkanı əldə etmişlər.
Ekskursiyanın sonunda tələbələr muzeyin ekspozisiyası ilə yaxından tanış olmuş, belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.