06 oktyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 2024–2025-ci tədris ilinin məzunlarına diplomların təqdim olunması mərasimi keçirilib.
06 oktyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 2024–2025-ci tədris ilinin məzunlarına diplomların təqdim olunması mərasimi keçirilib.
Tədbirdə kollecin rəhbərliyi, müəllim heyəti və məzunlar iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov çıxış edərək, 2024–2025-ci tədris ilində görülən işlər, tədris prosesində əldə olunan nailiyyətlər və tələbələrin uğurları barədə ətraflı məlumat verib. O qeyd edib ki, cari tədris ilində kolleci 159 tələbə müvəffəqiyyətlə bitirərək diplom almağa layiq görülüb.
Asəf Ruşanov vurğulayıb ki, Naxçıvan Dövlət Texniki Kolleci qarşıya qoyduğu məqsədlərə uyğun olaraq, peşəkar, bacarıqlı və müasir tələblərə cavab verən kadrların hazırlanması istiqamətində uğurlu fəaliyyətini davam etdirir. O, məzunlara gələcək həyatlarında uğurlar arzulayaraq, onlara qazandıqları bilik və bacarıqları ölkəmizin inkişafı naminə tətbiq etməyi tövsiyə edib.
Çıxışlardan sonra məzunlara diplomlar təqdim olunub. Diplomlarını təntənəli şəkildə alan gənclər müəllimlərinə və kollecin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.