Xəbərlər

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecində böyük əhəmiyyətli tədbir keçirilmişdir.

Slide 1
Slide 2

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecində böyük əhəmiyyətli tədbir keçirilmişdir.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecində böyük əhəmiyyətli tədbir keçirilmişdir. Tədbir çərçivəsində kollecin pedaqoji heyətinin əməyinə xüsusi qiymət verilmiş, təhsildə fərqlənən müəllimlər mükafatlandırılmışdır.

Bu münasibətlə kollecin direktoru Asəf Ruşanov təhsildə göstərdikləri səmərəli fəaliyyətə görə kollecin Aqrar və İqtisadiyyat şöbəsinin müdiri Türkan Hüseynova və kollecin ingilis dili müəllimi Allahverdi Allahverdiyevi təltif etmişdir.

Təltif mərasimində direktor çıxış edərək müəllimlərin peşə fəaliyyətinin dəyərini vurğulamışdır. O, bildirmişdir ki, müəllimlik yalnız bir peşə deyil, eyni zamanda böyük məsuliyyət və müqəddəs missiyadır. Gənc nəslin intellektual və mənəvi inkişafında müəllimlərin rolu danılmazdır. Bu səbəbdən kollecin rəhbərliyi hər il Müəllimlər Günü ərəfəsində pedaqoqların zəhmətini yüksək qiymətləndirərək onlara xüsusi təşəkkürünü bildirir.

Direktor qeyd etmişdir ki, Türkan Hüseynova kollecdə apardığı elmi-pedaqoji fəaliyyət, tələbələrə yüksək səviyyədə bilik və bacarıq aşılamaq, onların peşəkar hazırlığında göstərdiyi səmərəli əməyinə görə, həmçinin kollecin inkişafında verdiyi töhfələrə görə təltifə layiq görülmüşdür.

Eyni zamanda, kollecin ingilis dili müəllimi Allahverdi Allahverdiyevdə də pedaqoji fəaliyyətində göstərdiyi yüksək nəticələr, tədris prosesində tətbiq etdiyi metodlar və tələbələrlə qurduğu səmimi əməkdaşlığa görə kollecin direktoru tərəfindən yüksək qiymətləndirilmiş və təltif olunmuşdur.

Təltif mərasimi kollektiv tərəfindən böyük rəğbətlə qarşılanmış, müəllimlərin əməyinə göstərilən hörmət və ehtiram tədbir iştirakçılarının çıxışlarında bir daha vurğulanmışdır.

Bu hadisə kollecin pedaqoji heyəti üçün böyük stimul olmuş, müəllimlik peşəsinin müqəddəsliyi və cəmiyyət qarşısındakı məsuliyyəti bir daha xüsusi qeyd edilmişdir. Təltif olunan müəllimlər öz növbəsində bu qiyməti kollecin rəhbərliyinə təşəkkür edərək, bundan sonra da öz fəaliyyətlərini daha yüksək səviyyədə davam etdirəcəklərinə dair söz vermişlər.