3 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecində "5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü" münasibətilə tədbir təşkil olunmuşdur.
3 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecində "5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü" münasibətilə tədbir təşkil olunmuşdur. Tədbirdə kollecin rəhbərliyi, müəllim heyəti və tələbələr iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov iştirakçıları salamlamış, müəllimləri peşə bayramı münasibətilə təbrik etmişdir. O, çıxışında müəllimlik peşəsinin cəmiyyət həyatında xüsusi əhəmiyyətə malik olduğunu vurğulayaraq bildirmişdir ki, müəllimlik yalnız bir peşə deyil, həm də müqəddəs bir missiyadır. Gənc nəslin bilik, bacarıq və dəyərlərlə formalaşmasında müəllimlərin əvəzsiz rolu qeyd olunmuşdur.
Daha sonra tədbirdə müəllim və tələbələrin çıxışları dinlənilmiş, onların müəllim əməyinə verdikləri yüksək dəyər və minnətdarlıq ifadə olunmuşdur.
Bədii hissədə tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, müəllimlərə həsr olunmuş şeirlər səsləndirilmiş, musiqi nömrələri və rəqs ifaları təqdim edilmişdir. Tələbələrin təşəbbüsü ilə hazırlanmış videoçarx nümayiş etdirilmiş, burada müəllimlərin fədakar fəaliyyəti əks olunmuşdur.
Sonda tədbir iştirakçıları birgə xatirə şəkli çəkdirmiş və müəllimlərə xoş arzular çatdırılmışdır.