Xəbərlər

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Kənd təsərrüfatı və iqtisadiyyat fənn birləşməsi komissiyasının müəllimlərinin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar açıq dərs təşkil olunmuşdur.

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5
Slide 6

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Kənd təsərrüfatı və iqtisadiyyat fənn birləşməsi komissiyasının müəllimlərinin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar açıq dərs təşkil olunmuşdur.

03 oktyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Kənd təsərrüfatı və iqtisadiyyat fənn birləşməsi komissiyasının müəllimlərinin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar açıq dərs təşkil olunmuşdur.

Açıq dərsi giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov ölkəmizdə Konstitusiyanın dövlət və cəmiyyət həyatında oynadığı mühüm roldan danışmış, ümummilli lider Heydər Əliyevin dövlətçilik sahəsində gördüyü işləri və onun müəyyən etdiyi siyasi kursun bu gün uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. O, həmçinin Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunmasının tarixi əhəmiyyətini vurğulamış, bu istiqamətdə keçirilən tədbirlərin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verdiyini qeyd etmişdir.

Daha sonra kollecin müəllimləri mövzu ətrafında çıxış edərək Konstitusiyanın insan hüquq və azadlıqlarının təminatında, dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsində, ölkəmizin müstəqilliyinin və suverenliyinin qorunmasında əvəzsiz rol oynadığını vurğulamışlar. Müəllimlər bildiriblər ki, Konstitusiya dövlətin ali hüquqi qüvvəyə malik əsas qanunu olmaqla yanaşı, hər bir vətəndaşın hüquqlarının müdafiəçisi kimi çıxış edir.

Çıxışlarda həmçinin vurğulanmışdır ki, Azərbaycan xalqı dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək üçün daim bir amal uğrunda birləşmişdir. Bu yolda şəhidlərimizin fədakarlığı, qazilərimizin şücaəti və xalqımızın birlik iradəsi xüsusi önəm daşıyır.

Açıq dərs zamanı tələbələrə Konstitusiyanın qəbul edilməsi tarixi, onun maddələrinin və prinsiplərinin gündəlik həyatda tətbiqi barədə ətraflı izahlar verilmiş, onlarla interaktiv müzakirələr aparılmışdır.

Sonda iştirakçılar qeyd etmişlər ki, bu cür dərslər gənclərdə dövlətçilik ənənələrinə, milli dəyərlərə və Vətənə bağlılıq hisslərinin möhkəmlənməsinə xidmət edir.