Xəbərlər

11 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Texniki ixtisaslar fənn birləşməsi komissiyasının təşkilatçılığı ilə COP 29 sammiti ilə əlaqədar açıq dərs keçirilib.

Slide 1
Slide 2
Slide 3

11 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Texniki ixtisaslar fənn birləşməsi komissiyasının təşkilatçılığı ilə COP 29 sammiti ilə əlaqədar açıq dərs keçirilib.

11 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Texniki ixtisaslar fənn birləşməsi komissiyasının təşkilatçılığı ilə COP 29 sammiti ilə əlaqədar açıq dərs keçirilib. Tədbirin məqsədi, tələbələrə iqlim dəyişikliyi, ekoloji problemlər və onların həlli yolları haqqında məlumat vermək və bu mövzuda müzakirələr aparmaq idi.

Açıq dərsi giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov, iqlim dəyişikliyinin qlobal miqyasda yaratdığı problemlərdən danışaraq, bu məsələnin həllində gənc nəsillərin rolunun əhəmiyyətini vurğuladı. O, həmçinin COP 29 sammitinin məqsədləri və bu kimi beynəlxalq tədbirlərin ekoloji problemlərin həlli yolunda atılan mühüm addımlar olduğunu qeyd etdi.

Daha sonra dərsdə iştirak edən tələbələr və müəllimlər iqlim dəyişikliyinin təsirləri, ekoloji davamlılıq və təbiətin qorunması üçün atılmalı olan addımlar haqqında fikir mübadiləsi apardılar. Tədbir, tələbələrin ekoloji məsələlərə daha dərin anlayış və həssas yanaşmalarını gücləndirmək məqsədilə böyük əhəmiyyət daşıdı.