Xəbərlər

Xarici Dillər fənn birləşməsi komissiyasının müəllimləri tələbələr ilə birlikdə kollecin 100 illik yubileyi ilə əlaqədar olaraq Naxçıvan Dövlət Universitetinin Kitabxanasını ziyarət ediblər.

Slide 1
Slide 2
Slide 3

Xarici Dillər fənn birləşməsi komissiyasının müəllimləri tələbələr ilə birlikdə kollecin 100 illik yubileyi ilə əlaqədar olaraq Naxçıvan Dövlət Universitetinin Kitabxanasını ziyarət ediblər.

02 oktyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici Dillər fənn birləşməsi komissiyasının müəllimləri tələbələr ilə birlikdə kollecin 100 illik yubileyi ilə əlaqədar olaraq Naxçıvan Dövlət Universitetinin Kitabxanasını ziyarət ediblər.

Ziyarət zamanı müəllimlər kitabxananın zəngin fondları, müasir tələblərə cavab verən oxu zalları, elektron resurslardan istifadə imkanları ilə yaxından tanış olublar. Kitabxananın əməkdaşları qonaqlara fondun formalaşdırılması, yeni ədəbiyyatların toplanması, tələbə və müəllimlərin istifadəsinə təqdim olunma mexanizmləri barədə ətraflı məlumat veriblər.

Sonda belə tədbirlərin müəllimlərin elmi dünyagörüşünün genişlənməsində, gənclərin mütaliəyə marağının artırılmasında mühüm rol oynadığı qeyd olunub.