Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Ümumtəhsil və Texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimi “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar dəyirmi masa təşkil etmişdir
02 oktyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Ümumtəhsil və Texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimi “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar dəyirmi masa təşkil etmişdir.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov ölkəmizdə 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan edilməsinin mühüm əhəmiyyətindən danışaraq, dövlətimizin müstəqilliyinin möhkəmlənməsində, milli kimliyin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində bu ilin xüsusi rolu olduğunu qeyd etmişdir. Direktor vurğulamışdır ki, Konstitusiya dövlətçiliyimizin əsas sütunudur və gənclərin bu istiqamətdə maarifləndirilməsi olduqca vacibdir.
Daha sonra kollecin müəllimi çıxış edərək Azərbaycanın müstəqillik yolunda keçdiyi tarixi mərhələlər, dövlət suverenliyinin möhkəmlənməsi və Konstitusiyanın təmin etdiyi əsas hüquq və azadlıqlar barədə geniş məlumat vermişdir.
Tədbirdə tələbələrin mövzu ilə bağlı çıxışları dinlənilmiş, sual-cavab şəklində müzakirələr aparılmış və hazırlanmış slayd təqdimatı izlənilmişdir.
Dəyirmi masa iştirakçılar tərəfindən maraqla qarşılanmış və gənclərin dövlətçilik mövzusunda biliklərinin artırılmasına mühüm töhfə vermişdir.