29 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Turizm işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir.
29 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Turizm işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov açaraq turizmin ölkə iqtisadiyyatında və mədəni həyatında oynadığı mühüm roldan, dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir. O, həmçinin kollecdə turizm sahəsi üzrə təhsil alan tələbələrin gələcək fəaliyyət imkanlarından danışaraq onların peşəkar kadr kimi formalaşmasının vacibliyini vurğulamışdır.
Daha sonra kollecin müəllimi çıxış edərək turizmin milli irsimizin dünyada tanıdılmasında, xalqımızın adət-ənənələrinin qorunub saxlanılmasında və təbliğində əhəmiyyətli rol oynadığını qeyd etmişdir. O, bu günün turizm sahəsində çalışan bütün mütəxəssislər üçün dəyərli bir bayram olduğunu bildirib.
Tədbir kollecin digər müəllim və tələbələrinin də çıxışları ilə davam etmiş, turizmin inkişaf perspektivləri və bu sahədə gənc mütəxəssislərin üzərinə düşən vəzifələr müzakirə olunmuşdur.