Xəbərlər

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət etmişdir.

Slide 1
Slide 2
Slide 3

Ziyarət zamanı kollecin rəhbərliyi, müəllim və tələbələri şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad etmiş, abidə kompleksi önünə gül dəstələri qoymuşlar. Tədbirdə Vətən torpaqlarının azadlığı və müstəqilliyimiz uğrunda canından keçən igid oğul və qızlarımızın qəhrəmanlığı bir daha xatırlanmış, onların şəhidliyi ilə xalqımızın tarixinin şərəfli səhifələrinin yazıldığı vurğulanmışdır.

Qeyd olunub ki, Azərbaycan xalqı öz şəhidlərini daim qürurla anır, onların müqəddəs xatirəsi isə heç vaxt unudulmur. Gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində bu kimi tədbirlərin xüsusi əhəmiyyət daşıdığı bildirilib.