Kənd təsərrüfatı və iqtisadiyyat fənn birləşməsi komissiyasının müəllimi “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar tələbələr ilə birlikdə Dövlət Bayrağı Muzeyinə ekskursiyada olublar.
26 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Kənd təsərrüfatı və iqtisadiyyat fənn birləşməsi komissiyasının müəllimi “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar tələbələr ilə birlikdə Dövlət Bayrağı Muzeyinə ekskursiyada olublar.
Ekskursiya zamanı tələbələrə Azərbaycan dövlətçiliyinin əsas rəmzlərindən biri olan üçrəngli bayrağımızın tarixi, qəbul edilməsi və müstəqillik dövründə qazandığı əhəmiyyət barədə ətraflı məlumat verilib. Muzey bələdçisi tərəfindən bayrağımızın xalqımızın milli kimliyini, azadlıq və suverenlik arzularını özündə əks etdirdiyi xüsusi vurğulanıb.
Tədbirin keçirilməsində əsas məqsəd tələbələrdə dövlət rəmzlərinə hörmət və vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi, gənclərin milli-mənəvi dəyərlərə bağlılığının artırılması olub.
Sonda tələbələr muzeydə sərgilənən eksponatlarla tanış olublar və verilən suallara cavablar alıblar.