26 sentyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumi təhsil texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimləri və tələbələri 27 Sentyabr – Anım Günü münasibətilə şəhid məzarlarını ziyarət etmişlər.

Ziyarət zamanı şəhidlərimizin müqəddəs xatirəsi ehtiramla yad olunmuş, məzarları üzərinə gül dəstələri düzülmüşdür. Müəllim və tələbələr Azərbaycanın azadlığı, müstəqilliyi və torpaq bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda etmiş igidlərin xatirəsinin daim qəlblərdə yaşayacağını xüsusi vurğulamışlar.
Çıxış edənlər qeyd ediblər ki, şəhidlərin canı və qanı bahasına əldə edilən bu azad torpaq hər bir azərbaycanlının ən böyük sərvətidir. Belə ziyarətlər gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına, onların milli dəyərlərə sədaqətinin möhkəmlənməsinə böyük töhfə verir.