10 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Təbiət və Texniki fənlər birləşməsi komissiyasının müəllimləri və tələbələri Açıq hava hərbi muzeyinə ziyarət etdilər.
10 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Təbiət və Texniki fənlər birləşməsi komissiyasının müəllimləri və tələbələri Açıq hava hərbi muzeyinə ziyarət etdilər. Ziyarət, tələbələr arasında vətənpərvərlik ruhunu artırmaq və Azərbaycanın qəhrəman şəhidlərinin xatirəsini yaşatmaq məqsədi daşıyırdı.
Müəllim və tələbələr muzeydə nümayiş olunan tarixi eksponatlarla tanış oldular və Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrini bir daha xatırladılar. Ziyarət zamanı muzeydə şəhidlərimizin əziz xatirəsinə hörmət ifadə edildi və onların Vətən uğrunda göstərdikləri şücaət bir daha vurğulandı.
Ziyarətin sonunda kollecin müəllim və tələbələri, Azərbaycan xalqının azadlıq və müstəqilliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhuna dərin ehtiramlarını bildirdilər və onların qəhrəmanlıqlarının gələcək nəsillərə örnək olacağını qeyd etdilər.