Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Humanitar fənlər birləşməsi komissiyasının tarix müəllimlərinin təşəbbüsü ilə 27 sentyabr Anım Gününə həsr olunmuş açıq dərs keçirilmişdir.
26 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Humanitar fənlər birləşməsi komissiyasının tarix müəllimlərinin təşəbbüsü ilə 27 sentyabr Anım Gününə həsr olunmuş açıq dərs keçirilmişdir. Əvvəlcə Humanitar fənlər birləşməsi komissiyasının sədri çıxış edərək Anım Gününün tarixi əhəmiyyətini, Vətən müharibəsinin Azərbaycanın dövlətçilik tarixindəki yerini tələbələrin diqqətinə çatdırmışdır.
Daha sonra çıxışlarda Kollecin tarix müəllimləri Vətən müharibəsinin gedişatı, əsas döyüşlər və qələbələr, Vətən müharibəsi qəhrəmanlarının həyat hekayələri və igidlikləri,işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa quruculuq işləri haqqında tələbələri məlumatlandırmışlar.
Açıq dərsin keçirilməsində əsas məqsəd gənclərə Anım Gününün tarixi əhəmiyyətini və tarixi həqiqətləri çatdırmaqdan ibarətdir.