Xəbərlər

Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin Ümümtəhsil və Texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimləri 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət etmişlər.

Slide 1
Slide 2

26 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin Ümümtəhsil və Texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimləri 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət etmişlər.

Ziyarət zamanı şəhidlərimizin ruhu ehtiramla yad edilmiş, məzarları üzərinə gül dəstələri düzülmüşdür. Müəllimlər Azərbaycanın müstəqilliyi, suverenliyi və torpaq bütövlüyü uğrunda canından keçmiş qəhrəman oğullarımızın xatirəsinin daim uca tutulduğunu vurğulamışlar.

Çıxışlarda qeyd olunub ki, şəhidlərin qanı bahasına qazanılan bu müqəddəs torpaq hər bir azərbaycanlının ən böyük dəyəridir və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün belə ziyarətlərin mühüm rolu vardır.

Sonda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, “Vətən sağ olsun!” sözləri ilə ziyarət yekunlaşdırılmışdır.