Xəbərlər

26 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümümtəhsil və Texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimi 27 Sentyabr – Anım Günü ilə əlaqədar açıq dərs keçirmişdir.

Slide 1
Slide 2

Açıq dərs zamanı müəllim Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan Ordusunun qəhrəmanlığından və şəhidlərimizin əziz xatirəsindən geniş söhbət açmışdır. Tədris prosesində şagirdlərə Vətənpərvərlik ruhunun aşılanması, müasir gənclərin milli-mənəvi dəyərlərə sadiq böyüməsinin vacibliyi vurğulanmışdır.

Dərs gedişində müəllim şəhidlərin həyat yolundan nümunələr göstərmiş, tələbələr qarşısında onların qəhrəmanlıq salnaməsini xatırlatmışdır. Eyni zamanda 27 sentyabr tarixinin Azərbaycan xalqının yaddaşında daim yaşayacaq bir gün olduğu bildirilib.

Tələbələr də çıxış edərək, şəhidlərimizin ruhuna ehtiramlarını ifadə etmiş, Vətən torpaqlarının azadlığı uğrunda canından keçənlərin heç vaxt unudulmayacağını qeyd etmişlər.

Sonda şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, “Vətən sağ olsun” kəlməsi ilə dərs yekunlaşdırılmışdır.