Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici Dillər fənn birləşməsi komissiyasının müəllimi tələbələr ilə birlikdə 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət etmişlər.
26 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici Dillər fənn birləşməsi komissiyasının müəllimi tələbələr ilə birlikdə 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət etmişlər.
Ziyarət zamanı şəhidlərin ruhu ehtiramla yad edilmiş, məzarları üzərinə gül dəstələri düzülmüşdür. Çıxışlarda qeyd olunmuşdur ki, Azərbaycan xalqı öz igid övladlarının qəhrəmanlığını heç vaxt unutmayacaq, onların göstərdikləri şücaət gələcək nəsillər üçün daim örnək olacaqdır.
Vurğulanıb ki, bu kimi tədbirlər gənclərdə vətənpərvərlik ruhunun möhkəmlənməsinə, şəhidlərin müqəddəs xatirəsinin daim uca tutulmasına xidmət edir.