Xəbərlər

25 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir təşkil olunub.

Slide 1
Slide 2
Slide 3
Slide 4

25 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir təşkil olunub.

25 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir təşkil olunub.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Kollecin direktoru Asəf Ruşanov tədbiri giriş sözü ilə açaraq 27 Sentyabr – Anım Gününün tariximizdəki önəmindən danışıb. O qeyd edib ki, Vətən müharibəsində qazanılan qələbə Azərbaycan xalqının qəhrəmanlığı, dövlətimizin gücü və şəhidlərimizin qanı bahasına mümkün olmuşdur:

“Bu gün hər birimiz şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik. Onların göstərdiyi igidlik sayəsində Azərbaycan torpaqları işğaldan azad edildi. Anım Günü isə yalnız kədər günü deyil, həm də qürur günüdür. Çünki şəhidlərimizin qanı yerdə qalmadı, xalqımız tarixi ədaləti bərpa etdi.”

Daha sonra kollecin tarix müəllimi çıxış edərək şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan söz açıb. O bildirib ki, Azərbaycan gəncliyi qəhrəmanlarımızı hər zaman örnək götürməli, onların əmanət qoyduğu Vətənə layiq övlad olmalıdır:

“27 Sentyabr xalqımızın yaddaşında həm hüzn, həm də qürur günü kimi qalacaq. Bu torpaqlar şəhidlərimizin canı bahasına azad edilib. Biz onların ruhunu daim əziz tutmalı, tariximizi gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq.”

Tədbirdə tələbələrin də çıxışları dinlənilib. Onlar şəhidlərin qəhrəmanlığından danışaraq gənclərin vətənə bağlılığını ifadə edən fikirlər səsləndiriblər.

Proqramın bədii hissəsində tələbələrin hazırladığı şeirlər və musiqi kompozisiyaları təqdim olunub. Daha sonra şəhidlərin həyat yoluna həsr olunmuş tamaşa nümayiş etdirilib və qəhrəmanlıq səhifələrimizi əks etdirən videoçarx izlənilib.

Sonda isə tələbələr tərəfindən ərsəyə gətirilmiş “Şəhidlərimizin xatirəsinə” adlı şəkil sərgisi nümayiş etdirilib. Sərgidə şəhidlərin portretləri, onların qəhrəmanlıq dolu həyatını əks etdirən rəsmlər və fotoşəkillər nümayiş olunub.