Xəbərlər

10 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində COP29 mövzusuna həsr olunmuş açıq dərs təşkil olundu.

Slide 1
Slide 2

10 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində COP29 mövzusuna həsr olunmuş açıq dərs təşkil olundu.

10 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində COP29 mövzusuna həsr olunmuş açıq dərs təşkil olundu. Xarici Dillər fənn birləşməsi komissiyasının müəllimi tərəfindən keçirilən bu dərs, kollecin II kurs Bələdiyyə işi ixtisasının tələbələrini əhatə etdi.

Açıq dərs, Kollecin direktoru Asəf Ruşanovun çıxışı ilə başladı. Direktor, tələbələri COP29-un əhəmiyyəti və mövzusu barədə ətraflı məlumatlandırdı. Dərs boyu tələbələr mövzuya dair fəal iştirak göstərdilər, müəllim və tələbələr arasında COP29-la bağlı müzakirələr aparıldı, suallar verildi və müxtəlif məlumatlar paylaşıldı.

Tədbir tələbələrin mövzuya olan marağını artırmaqla yanaşı, onları iqlim dəyişikliyi və beynəlxalq müzakirələrin vacibliyi barədə daha çox məlumatlandırdı. Dərsin sonunda tələbələr mövzunun əhəmiyyəti və COP29-un məqsədləri barədə ətraflı məlumat əldə etdilər.