10 oktyabr tarixində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimləri və tələbələri şəhid Baş leytenant Əlizadə Fuadın ailəsi ilə görüş keçirdilər.
10 oktyabr tarixində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimləri və tələbələri şəhid Baş leytenant Əlizadə Fuadın ailəsi ilə görüş keçirdilər. Görüş zamanı şəhidimizin ailəsinə ehtiram və dəstək ifadə olundu.
Görüşdə şəhidimizin anası öz hisslərini bölüşərək belə dedi: “Oğlum Fuadın qəhrəmanlığı və onun Vətən sevgisi bizim üçün böyük qürur mənbəyidir. O, hər zaman Vətənin müdafiəsində ön sıralarda olmaq istəyirdi və bunu həyatı ilə sübut etdi. Mən onunla hər zaman fəxr etmişəm və bu gün də fəxr edirəm. Fuadın həyatı, onun mübarizəsi heç vaxt unudulmayacaq və daim yaddaşlarımızda yaşayacaq.”
Bu görüş şəhidimizin ailəsinə verilən dəstək və ehtiramın, eyni zamanda gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsinə yönəlmiş tədbirlərdən biri kimi qiymətləndirildi. Görüşün sonunda kollecin müəllimləri və tələbələri şəhidin ailəsinə minnətdarlıq hisslərini ifadə edərək, onların hər zaman yanlarında olacaqlarını bildirdilər.