Xəbərlər

10 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici dillər fənn birləşməsi komissiyasının müəllimi tələbələr ilə birgə Şəhidlər Xiyabanını ziyarət etmişlər.

Slide 1
Slide 2

10 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici dillər fənn birləşməsi komissiyasının müəllimi tələbələr ilə birgə Şəhidlər Xiyabanını ziyarət etmişlər. Ziyarətin məqsədi, vətən uğrunda canını fəda etmiş şəhidlərin xatirəsini ehtiramla yad etmək və onların qəhrəmanlıqlarını gənc nəsillərə çatdırmaq olmuşdur. Tələbələr şəhidlərin məzarları üzərinə gül dəstələri qoyaraq, onların ruhuna dərin hörmət və minnətdarlıqlarını ifadə etmişlər. Ziyarət zamanı şəhidlərin göstərdiyi şücaət və vətənpərvərlik haqqında tələbələrə məlumat verilmiş və onların fədakarlıqlarının unudulmaması üçün hər kəsin üzərinə düşən məsuliyyət vurğulanmışdır. Bu cür tədbirlər gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsi və milli dəyərlərin qorunması baxımından böyük əhəmiyyət kəsb edir.