📣 *NAXÇIVAN DÖVLƏT TEXNİKİ KOLLECİNDƏ KARGÜZAR ŞTATINA QƏBUL ÜZRƏ İMTAHAN KEÇİRİLİB
📣 *NAXÇIVAN DÖVLƏT TEXNİKİ KOLLECİNDƏ KARGÜZAR ŞTATINA QƏBUL ÜZRƏ İMTAHAN KEÇİRİLİB
02 iyun 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində kargüzar ştatına qəbul üçün imtahan keçirilib. Qəbul prosesi şəffaflıq və obyektivlik prinsipləri əsasında təşkil olunub.
İmtahanda ümumilikdə ✅️25 namizəd iştirak edib. İki mərhələdən ibarət olan seçim prosesi test üsulu ilə aparılıb. Birinci mərhələdə namizədlər 50 sualdan ibarət test imtahanı veriblər. Hər sual 2 balla qiymətləndirilib və imtahanın ümumi nəticəsi 100 ballıq sistem üzrə hesablanıb.
Yekun nəticələrə əsasən, ən yüksək nəticə göstərən namizəd ikinci mərhələ olan müsahibəyə dəvət olunacaq. Müsahibə mərhələsində namizədin peşə bilikləri, sənədlərlə işləmək bacarığı, ünsiyyət qabiliyyəti və dövlət qulluğuna yararlılığı qiymətləndiriləcək.
Qeyd edək ki, bu cür imtahanların təşkili kadrların seçilməsində şəffaflığın və ədalətli seçim mexanizmlərinin tətbiqinə xidmət edir.