Naxçıvan Müəllimlər İnstitutunda keçirilmiş “Ümumi təhsilin aktual problemləri” mövzusunda IV Respublika Elmi-Praktik Konfransında Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin müəllimləri də fəal iştirak etmişlər.
30 may 2025-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunda keçirilmiş “Ümumi təhsilin aktual problemləri” mövzusunda IV Respublika Elmi-Praktik Konfransında Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin müəllimləri də fəal iştirak etmişlər.
Kollecin bir sıra müəllimləri elmi məqalə və tezislərlə çıxış etmiş, təqdim etdikləri mövzularla müasir təhsilin aktual istiqamətlərinə dair yeni baxışlar sərgiləmişlər. Onların konfrans çərçivəsindəki çıxışları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmış və sertifikatlarla təltif olunmuşdur. Məqalə və tezislər konfrans materialları toplusunda nəşr olunmaq üçün qəbul edilmişdir.
Konfransda iştirak edən müəllimlər və təqdim etdikləri mövzular:
Samirə Mustafayeva – “Yenilənmiş elm kurikulumu kontekstində kimya tədrisində sorğuya və problemlərə əsaslanan yanaşmalar”
Gülər Bayramova – “Təcrübədən simulyasiyaya: fizika dərslərində yeni dövr”
Çinarə Əliyeva – “Riyaziyyat dərslərində real həyatdan götürülmüş problemlərlə öyrənmə yanaşması”
İmanova Mömünə – “Problemi öyrənmədə innovativ yanaşma. NoSQL və NewSQL verilənlər bazası”
Turan Zeyniyeva – “Qədim alimlər diyarında elmi yeniliklər”
Tahirli Gülnar – “Riyaziyyat kurikulumunun tətbiqində əsas istiqamətlər və analitik düşüncə bacarıqları”
Abdullayeva Səidə – “Riyaziyyatın inkişafı və onun cəmiyyətə təsiri”
İsmayılova Günay – “Bu günün fizikası, sabahın texnikası”
Ələsgərova Səma – “Ümumi təhsildə innovasiyalar: rəqəmsal təhsil mühitinin rolu və əhəmiyyəti”
Elnurə Nərimanova – “Riyaziyyat dərslərində real həyatdan götürülmüş problemlərlə öyrənmə yanaşması"