Xəbərlər

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin 100 illik yubileyi münasibətilə "Ulu Öndər Heydər Əliyev işığında: Naxçıvan Dövlət Texniki Kollecinin 100 illik inkişaf yolu" adlı genişmiqyaslı konfrans keçirilib.

Slide 1
Slide 2
Slide 3
Slide 4

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin 100 illik yubileyi münasibətilə "Ulu Öndər Heydər Əliyev işığında: Naxçıvan Dövlət Texniki Kollecinin 100 illik inkişaf yolu" adlı genişmiqyaslı konfrans keçirilib.

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin 100 illik yubileyi münasibətilə "Ulu Öndər Heydər Əliyev işığında: Naxçıvan Dövlət Texniki Kollecinin 100 illik inkişaf yolu" adlı genişmiqyaslı konfrans keçirilib. Tədbirdə dövlət rəsmiləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, elmi ictimaiyyətin nümayəndələri və tələbələr iştirak ediblər.

✅️Sərgi ilə başlanan tədbir rəsmi hissə ilə davam etdirilib

✅️Tədbir çərçivəsində əvvəlcə kollecin tələbələrinin hazırladığı əl işlərindən ibarət sərgiyə baxış olub. Sərgidə 20-dən artıq rəsm əsəri və STEAM istiqamətində hazırlanmış texniki layihələr nümayiş olunub. İştirakçılar tələbələrin yaradıcılıq və tətbiqi bacarıqlarına maraqla yanaşıblar.

✅️Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin eləcə də Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

✅️Konfransın açılış nitqini kollecin direktoru Asəf Ruşanov edib. O, tədbir iştirakçılarını salamlayaraq kollecin 100 illik yubileyi münasibətilə müəllim və tələbə heyətini təbrik edib. Direktor çıxışında vurğulayıb ki, Naxçıvan Dövlət Texniki Kolleci 1925-ci ildə 41 tələbə ilə fəaliyyətə başlasa da, bu gün artıq müxtəlif texniki ixtisaslar üzrə yüzlərlə subbakalavr hazırlayan nüfuzlu bir təhsil müəssisəsinə çevrilib.

✅️“Bu kollecin inkişaf yolu, əslində, Azərbaycanın sənaye və texniki təhsil tarixinin bir hissəsidir. Biz gəncləri təkcə nəzəri biliklərlə deyil, əmək bazarının tələblərinə uyğun praktik bacarıqlarla da təchiz edirik. Məqsədimiz müasir, ixtisaslı və peşəkar kadrların yetişdirilməsidir,” – deyə Asəf Ruşanov bildirib.

✅️O, həmçinin kollecin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilməsini strateji qərar kimi dəyərləndirib və bu addımın təhsilin müxtəlif pillələri arasında səmərəli inteqrasiyanı təmin etdiyini vurğulayıb.