19 may 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində kollecin 100 illik yubileyi münasibətilə “1 əsrin sınağında” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə universitetin nəzdində fəaliyyət göstərən fənn birləşməsi komissiyalarının (FBK) nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, bu, kolleclər arasında FBK səviyyəsində təşkil olunan ilk belə dəyirmi masadır.
Dəyirmi masanı giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov tədbirin əhəmiyyətindən danışaraq, kollecin yüzillik tarixi, təhsil sahəsindəki nailiyyətləri və inkişaf mərhələləri haqqında geniş məlumat verib. O, vurğulayıb ki, Naxçıvan Dövlət Texniki Kolleci bir əsrlik fəaliyyəti dövründə elm və təhsil mühitində mühüm yer tutmuşdur.
Tədbirin gedişi zamanı dəyirmi masanın əhəmiyyəti xüsusi olaraq qeyd edilib, sənədləşmə işləri nəzərdən keçirilib və kollecin gələcək inkişaf perspektivləri ətrafında geniş müzakirələr aparılıb.
Çıxışlarda kollecin zəngin tarixi irsi, təhsil sistemindəki yeniliklər və qarşıya qoyulan hədəflər diqqət mərkəzində olub. Dəyirmi masa fikir mübadiləsi və elmi müzakirələrlə davam edib.