Xəbərlər

14 may 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin fakültələri və nəzdində fəaliyyət göstərən kolleclərin komandaları arasında keçirilən stolüstü tennis yarışı böyük rəqabət və idman ruhu şəraitində baş tutmuşdur.

Slide 1
Slide 2
Slide 3
Slide 4

14 may 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin fakültələri və nəzdində fəaliyyət göstərən kolleclərin komandaları arasında keçirilən stolüstü tennis yarışı böyük rəqabət və idman ruhu şəraitində baş tutmuşdur.

14 may 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin fakültələri və nəzdində fəaliyyət göstərən kolleclərin komandaları arasında keçirilən stolüstü tennis yarışı böyük rəqabət və idman ruhu şəraitində baş tutmuşdur. Yarışda iştirak edən komandalar öz peşəkarlıqları və mübarizə əzmləri ilə seçilmiş, idmanın dostluq və həmrəylik dəyərlərini bir daha nümayiş etdirmişlər.

Yüksək səviyyəli oyun nümayiş etdirən Kollecin komandası bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olmuş və birinci yerə layiq görülmüşdür. Komandanın bu uğuru kollecin idman sahəsindəki nailiyyətlərini bir daha təsdiqləmiş, kollektivin əzmkar hazırlığını və birlik ruhunu göstərmişdir.

Kollecin direktoru yarışdan sonra tələbələrlə görüşmüş, onları qazandıqları qələbə münasibətilə təbrik etmişdir. Direktor çıxışında komandanın göstərdiyi səyləri yüksək qiymətləndirmiş, onların bu uğurunun digər tələbələr üçün də nümunə olacağını bildirmişdir. O qeyd etmişdir ki, bu cür uğurlar tələbələrin yalnız elmi biliklərlə deyil, eyni zamanda fiziki hazırlıqla da inkişaf etdiyini sübut edir. Direktor komandanın məşqçilərinə və təşkilatçılara da təşəkkür edərək, gələcək yarışlarda daha böyük uğurlar arzulamışdır.