9 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin müəllimləri və tələbələri birlikdə Möminə Xatun türbəsinə ziyarət ediblər.
9 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin müəllimləri və tələbələri birlikdə Möminə Xatun türbəsinə ziyarət ediblər. Ziyarət zamanı tələbələrə türbənin tarixi və memarlıq üslubu haqqında geniş məlumat verilib.
Möminə Xatun türbəsi Azərbaycanın qədim və zəngin mədəni irsinin nadir nümunələrindən biri kimi tanınır. Ziyarət zamanı tələbələr türbənin inşası, onun memarlıq xüsusiyyətləri və tarixi əhəmiyyəti ilə bağlı müəllimlərin verdiyi məlumatları maraqla dinləyiblər.
Ziyarət zamanı tələbələr Möminə Xatun türbəsi ətrafında çəkilən şəkillərlə xatirələrini əbədiləşdirərək bu tarixi məkana dərin maraq göstəriblər.