Xəbərlər

Naxçıvan Dövlət Texniki Kollecinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının iştirakı ilə keçirilmiş “Xəmsə” intellektual yarışmasında kollecin tələbələri yüksək nəticə göstərərək birinci yerin sahibi olublar.

Slide 1
Slide 2
Slide 3

Naxçıvan Dövlət Texniki Kollecinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının iştirakı ilə keçirilmiş “Xəmsə” intellektual yarışmasında kollecin tələbələri yüksək nəticə göstərərək birinci yerin sahibi olublar.

24 aprel 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının iştirakı ilə keçirilmiş “Xəmsə” intellektual yarışmasında kollecin tələbələri yüksək nəticə göstərərək birinci yerin sahibi olublar.

Yarışma tələbələrin intellektual səviyyəsinin yüksəldilməsinə, məntiqi və analitik düşüncə bacarıqlarının inkişafına, eləcə də milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinə töhfə vermişdir. Yarış iştirakçıları Azərbaycan tarixi, ədəbiyyatı və ümumi biliklər üzrə suallara cavab verərək komanda işi və fərdi hazırlıq səviyyələrini nümayiş etdirmişlər.

Qələbə münasibətilə tələbələr Naxçıvan Dövlət Texniki Kollecinin direktoru cənab Asəf Ruşanov tərəfindən fəxri diplomlarla təltif olunublar. Direktor öz çıxışında bu cür nailiyyətlərin tələbələrin şəxsi inkişafında və dünya görüşlərinin formalaşmasında mühüm rol oynadığını qeyd edib. O, həmçinin bu tip tədbirlərin gələcəkdə daha geniş şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb.