Xəbərlər

Naxçıvan Dövlət Texniki Kollecində kollecin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin orta ixtisas təhsili müəssisələrinin inkişafında rolu” mövzusunda elmi-praktik diskussiya keçirilmişdir.

Slide 1
Slide 2
Slide 3

Naxçıvan Dövlət Texniki Kollecində kollecin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin orta ixtisas təhsili müəssisələrinin inkişafında rolu” mövzusunda elmi-praktik diskussiya keçirilmişdir.

24 aprel 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində kollecin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin orta ixtisas təhsili müəssisələrinin inkişafında rolu” mövzusunda elmi-praktik diskussiya keçirilmişdir. Tədbirin əsas məqsədi Ulu Öndərin orta ixtisas təhsilinə verdiyi önəmi, bu sahədə həyata keçirdiyi islahatları və bu islahatların müasir təhsil sisteminə təsirini tələbə və müəllim heyəti ilə müzakirə etmək olmuşdur.

Tədbir, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsinin yad edilməsi və Dövlət himnin səsləndirilməasi ilə başlamışdır.

Diskussiyada Naxçıvan Muxtar Respublikası orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi, pedaqoji heyət, tələbələr və təhsil sahəsində çalışan mütəxəssislər iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Ulu Öndər Heydər Əliyevin elmə və təhsilə verdiyi dəyəri, xüsusilə də orta ixtisas təhsili sahəsində atdığı mühüm addımları vurğulamışdır. Bildirmişdir ki, Ulu Öndərin siyasi hakimiyyətdə olduğu dövrlərdə texniki peşə və orta ixtisas təhsilinin maddi-texniki bazası gücləndirilmiş, bu müəssisələrin modernləşdirilməsi üçün xüsusi dövlət proqramları hazırlanmışdır.

Naxçıvan Dövlət Texniki Kolleci orta ixtisas təhsili müəssisəsi kimi 25 fevral 1925-ci ildə Naxçıvan Muxtar Respublikasının IV Sovetlər qurultayında “Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun yaradılması haqqında” qərarın qəbul edilməsindən sonra yaradılmışdır.
Daha ətraflı facebook səhifəmizdə...