Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Təbiət və Texniki Fənlər Birləşməsi Komissiyasının təşkilatçılığı ilə tələbələr Naxçıvan Dövlət Universitetinin Kitabxanasında maarifləndirici tədbirdə iştirak ediblər
18 aprel 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Təbiət və Texniki Fənlər Birləşməsi Komissiyasının təşkilatçılığı ilə tələbələr Naxçıvan Dövlət Universitetinin Kitabxanasında maarifləndirici tədbirdə iştirak ediblər. Tədbir Azərbaycan Respublikasında 2024-cü ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar keçirilmişdir.
Tədbirin əsas məqsədi tələbələrin milli dəyərlərə, dövlətçilik prinsiplərinə və suverenlik tariximizə dair biliklərinin artırılması və onların bu sahədə maarifləndirilməsi olmuşdur. Tədbir zamanı tələbələr "Suverenlik illəri"ndə nəşr olunmuş və bu mövzularda yazılmış müxtəlif ədəbiyyat nümunələri ilə tanış olublar.
Kitabxana əməkdaşları və müəllim heyəti tərəfindən tələbələrə Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynamış tarixi hadisələr, hüquqi sənədlər və suverenlik ideyasını özündə əks etdirən ədəbi əsərlər barədə ətraflı məlumat verilmişdir.