Təbiət və Texniki Fənlər Birləşməsi komissiyasının müəllimi kollecin ktabxanasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Mobil Rabitə Texnologiyaları və Dövlət Suverenliyinin Gücləndirilməsi” mövzusunda açıq dərs keçirmişdir.
17 aprel 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Təbiət və Texniki Fənlər Birləşməsi komissiyasının müəllimi kollecin ktabxanasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Mobil Rabitə Texnologiyaları və Dövlət Suverenliyinin Gücləndirilməsi” mövzusunda açıq dərs keçirmişdir.
Tədbirdə müəllim və tələbələr Azərbaycanın suverenliyinin qorunması, Konstitusiyanın tarixi əhəmiyyəti və müasir dövrdəki rolu ilə yanaşı, mobil rabitə texnologiyalarının milli təhlükəsizlik və informasiya müstəqilliyindəki əhəmiyyəti haqqında geniş müzakirələr aparmışlar. Açıq dərsdə Azərbaycanın rabitə infrastrukturunun inkişaf mərhələləri, bu sahədə əldə olunan nailiyyətlər və rəqəmsal suverenliyin təminində mobil texnologiyaların rolu vurğulanmışdır.