16 aprel 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimi kollecin 100 illik yubleyinə həsr olunmuş açıq dərs keçmişdir.

Açıq dərsin keçirilməsində əsas məqsəd həm kollecin zəngin tarixini tələbələrə çatdırmaq, həm də texniki sahədəki bilik və bacarıqların müasir tədris metodları ilə daha səmərəli şəkildə mənimsədilməsinə şərait yaratmaq olmuşdur. Dərs zamanı müəllim müasir texnologiyalardan, interaktiv təlim metodlarından istifadə edərək mövzunu tələbələrə əyani və praktiki şəkildə izah etmiş, dərsin gedişində tələbələrin fəallığını və marağını təmin etməyə xüsusi diqqət yetirmişdir.
Kollecin 100 illik yubileyi çərçivəsində keçirilən bu cür tədbirlər, tədrisin keyfiyyətinin artırılmasına və gənc mütəxəssislərin peşəkar hazırlığına müsbət təsir göstərməkdədir.