Xəbərlər

16 aprel 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin I kurs Mühasibat uçotu ixtisası üzrə təhsil alan tələbələr universitetin kitabxanasına tanışlıq səfəri etmişlər.

Slide 1
Slide 2
Slide 3

Səfərin məqsədi tələbələrə kitabxana mühitini daha yaxından tanıtmaq, onların elmi-bədii ədəbiyyata olan marağını artırmaq və müasir informasiya resurslarından istifadə bacarıqlarını inkişaf etdirmək idi. Tələbələr həm ənənəvi kitab fondları, həm də elektron kitabxana sistemi ilə yaxından tanış olublar.

Kitabxana əməkdaşları tələbələrə kitabxananın strukturu, istifadə qaydaları, axtarış sistemləri və elektron məlumat bazaları barədə ətraflı məlumat veriblər. Onlara həmçinin müxtəlif fənn sahələrinə aid ədəbiyyatlar, elektron resurslara giriş və oxu zalının imkanları nümayiş olunub.

Tələbələr də belə bir imkanın onlara təqdim olunmasından məmnun olduqlarını bildirib.
Gələcəkdə elmi axtarış və dərs hazırlıqlarında bu resurslardan səmərəli istifadə edəcəklərini qeyd ediblər.

Bu cür maarifləndirici səfərlərin tələbələrin intellektual inkişafına və müstəqil öyrənmə bacarıqlarının formalaşmasına mühüm töhfə verdiyi vurğulandı.