Xəbərlər

16 aprel 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində təhsil müəssisəsinin 100 illik yubileyinə həsr olunmuş esse yazı müsabiqəsində uğur əldə etmiş tələbələrin təltif olunma tədbiri keçirilmişdir.

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5

16 aprel 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində təhsil müəssisəsinin 100 illik yubileyinə həsr olunmuş esse yazı müsabiqəsində uğur əldə etmiş tələbələrin təltif olunma tədbiri keçirilmişdir.

16 aprel 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində təhsil müəssisəsinin 100 illik yubileyinə həsr olunmuş esse yazı müsabiqəsində uğur əldə etmiş tələbələrin təltif olunma tədbiri keçirilmişdir. İngilis və Azərbaycan dillərində təşkil olunan müsabiqə tələbələrin yaradıcı və tənqidi düşüncə tərzini inkişaf etdirmək, eyni zamanda kollecin zəngin tarixi və dəyərlərinə diqqət çəkmək məqsədi daşıyırdı.

Müsabiqədə müxtəlif ixtisaslarda təhsil alan tələbələr fəal iştirak etdilər. Onlar yazdıqları esselərdə Naxçıvan Dövlət Texniki Kollecinin tarixini, keçdiyi inkişaf yolunu, bu təhsil ocağının cəmiyyət və region üçün əhəmiyyətini, müəllimlərin və məzunların uğurlarını böyük qürur hissi ilə qələmə aldılar.

Tədbirdə kollecin direktoru hörmətli Asəf Ruşanov çıxış edərək bu cür yaradıcılıq müsabiqələrinin tələbələrin həm dil bacarıqlarını, həm də vətənpərvərlik ruhunu gücləndirdiyini bildirdi. O, kollecin 100 illik tarixinin gələcək nəsillər üçün böyük ilham mənbəyi olduğunu qeyd etdi.

İxtisasa uygun müəllimlərin qiymətləndirməsi ilə fərqləndirilmiş tələbələrə diplomlar təqdim olundu.