9 oktyabr Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində "Hərbi vətənpərvərlik: vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz" mövzusunda tədbir keçirilib.
9 oktyabr Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində "Hərbi vətənpərvərlik: vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz" mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövləti Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsi ilə birlikdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi zamanı müddətli həqiqi xidmət və səfərbərlik üzrə çağrışla bağlı "Hərbi vətənpərvərlik: Vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz" mövzusunda tədbir keçirilib. Tədbirdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov da iştirak edib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi Faiq Səfərov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin əməkdaşı Vüsal Əliyev mövzu ilə bağlı ətraflı çıxışlar ediblər.
Tədbir zamanı tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.