Xəbərlər

11 aprel 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində əlamətdar bir tədbir – “Dəyirmi Masa” təşkil olunmuşdur.

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5
Slide 6

11 aprel 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində əlamətdar bir tədbir – “Dəyirmi Masa” təşkil olunmuşdur.

11 aprel 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində əlamətdar bir tədbir – “Dəyirmi Masa” təşkil olunmuşdur. Tədbir Kollecin 100 illik yubileyi münasibəti ilə Xarici Dillər,Humanitar və Kənd təsərrüfatı və iqtisadiyyat fənn birləşməsi komissiyalarının birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Asəf Ruşanov Kollecin 100 illik yubileyinin əhəmiyyətindən danışaraq bu yubileyin yalnız təhsil müəssisəsinin deyil, həm də bölgənin elmi və mədəni inkişaf tarixinin mühüm mərhələsi olduğunu vurğuladı. O, qeyd etdi ki, Naxçıvan Dövlət Texniki Kolleci keçdiyi əsrlik yol boyunca öz təhsil keyfiyyətini daima yüksəldərək müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərir və bu gün də əhəmiyyətli bir təhsil ocağı olaraq inkişafını davam etdirir.

Asəf müəllim çıxışında həmçinin bildirdi ki, Kollec yalnız peşəkar mütəxəssislər yetişdirmək deyil, həm də vətəninə, millətinə bağlı, yüksək mənəvi keyfiyyətlərə malik gənclər formalaşdırır. Təhsil prosesində müəllim və tələbə arasında güclü əlaqə qurulmasının, fənlərarası əməkdaşlığın genişlənməsinin, praktiki biliklərin öyrədilməsinin vacibliyini qeyd edən direktor, bu istiqamətdə Kollecin əldə etdiyi nailiyyətlərdən danışdı. O, Kollecin gələcəkdə daha böyük uğurlara imza atacağına inandığını bildirib, tədbir iştirakçılarını təbrik edərək, kollektivə yeni nailiyyətlər arzuladı.

Tədbir çərçivəsində daha sonra müxtəlif fənn birləşməsi komissiyalarının müəllimləri və tələbələri çıxış edərək, Kollecin tarixindən, təhsil sistemindəki rolundan və gələcək inkişaf perspektivlərindən danışdılar. Çıxışlarda Kollecin keçdiyi inkişaf yolu, tədris prosesində tətbiq olunan yeniliklər və tələbə-müəllim münasibətlərinin əhəmiyyəti qeyd olundu.

Tədbirin bədii hissəsində isə tələbələrin ifasında “Biz mehriban ailəyik” adlı mahnı səsləndirildi. Mahnı Kollecin kollektivindəki səmimi münasibətləri, qarşılıqlı hörmət və birliyi ifadə edərək, tədbir iştirakçılarına emosional anlar yaşatdı. Ardınca, Kollecin 100 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Daha ətraflı facebook səhifəmizdə...