Xəbərlər

11 aprel 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimi kollecin 100 illik yubileyinə həsr olunmuş açıq dərs keçmişdir.

Slide 1
Slide 2

Açıq dərsdə texniki ixtisaslar üzrə aktual mövzulara toxunulmuş, müasir texnologiyalar, sənaye sahəsindəki yeniliklər, praktik bilik və bacarıqlar tələbələrə ətraflı şəkildə izah edilmişdir. Müəllim interaktiv təlim metodlarından istifadə edərək tələbələrin dərs prosesində fəal iştirakını təmin etmiş, sual-cavab sessiyası ilə mövzunu daha da maraqlı və dinamik formada təqdim etmişdir.

Dərsin sonunda tələbələr mövzu ilə bağlı fikir və təəssüratlarını bölüşmüş, açıq dərsin onların gələcək peşə fəaliyyətlərinə motivasiya verdiyini bildirmişlər.

Tədbirdə həmçinin texniki fənn birləşməsi komissiyasının digər müəllimləri və ixtisas fənlərini tədris edən pedaqoqlar da iştirak etmiş, dərsin gedişini müşahidə edərək müvafiq qeydlər aparmışlar.

Bu cür açıq dərslər Naxçıvan Dövlət Texniki Kollecində tədrisin keyfiyyətinin yüksəldilməsinə, müəllimlər arasında təcrübə mübadiləsinin gücləndirilməsinə və tələbələrin peşə hazırlığının daha səmərəli qurulmasına xidmət edir.