11 aprel 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Təbiət və Texniki Fənlər Birləşməsi Komissiyasının təşkilatçılığı ilə kollecin 100 illiyinə həsr olunmuş açıq dərs keçirilib.

"Yağlar, sabun və sintetik vasitələr" mövzusunda keçirilən bu açıq dərs tələbələr üçün həm nəzəri, həm də praktik biliklərin zənginləşdirilməsi baxımından əhəmiyyətli olub. Dərs zamanı yağların kimyəvi quruluşu, sabunların alınma üsulları, sintetik yuyucu vasitələrin tərkibi və ətraf mühitə təsiri kimi mövzular geniş şəkildə izah olunub.
Tədris prosesində interaktiv metodlardan istifadə olunması, vizual və praktik nümunələrlə mövzunun daha yaxşı mənimsənilməsinə şərait yaradıb. Tədbirin sonunda iştirakçılar mövzu ilə bağlı suallar verərək müzakirələr aparıblar.
Bu cür tədbirlər tələbələrin peşəkar inkişafına dəstək olmaqla yanaşı, kollecin yubiley tədbirləri çərçivəsində elmi-pedaqoji fəaliyyətin təşviqinə də xidmət edir.