"Müasir maliyyə mexnazimləri və bank sistemi" mövzusunda təlim keçirilmişdir.
10.04.2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin birgə təşkilatçılığı ilə kollecin iqtisad yönümlü ixtisaslarında təhsil alan tələbələr üçün "Müasir maliyyə mexnazimləri və bank sistemi" mövzusunda təlim keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov açmışdır. NDU İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Əşrəf Ələkbərov təlimin mahiyyəti haqqında iştirakçılara məlumat vermişdir. Daha sonra Türkiyə Cumhuriyyəti Düzce Universitetinin dosenti Özkan Şahin mövzu ilə əlaqədar təlim keçmişdir. Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.