10 aprel 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Texniki İxtisaslar Fənn Birləşməsi Komissiyasının müəllimi Naxçıvan Dövlət Bayraq Meydanı Muzeyində tələbələrə açıq dərs keçmişdir.

Açıq dərs "Konstitusiya və Suverenlik ili* ilə əlaqədar olaraq" keçirilmişdir. Bu tədbir Naxçıvanın dövlətçilik tarixini dərindən öyrənmək və tələbələrə milli-mənəvi dəyərləri aşılamaq məqsədini güdürdü. Dərs zamanı tələbələrə Azərbaycan Respublikasının Konstitusiyası, suverenlik anlayışı və Naxçıvanın müstəqilliyə gedən yolda oynadığı mühüm rol haqqında ətraflı məlumat verilmişdir.
Bu açıq dərs həm də tələbələrə Naxçıvanın dövlətçilik tarixinin dərinliklərinə nüfuz etməyə və ölkə tarixini daha yaxından öyrənməyə imkan yaratmışdır.
Tədbirdə iştirak edənlər, həmçinin, Naxçıvan Dövlət Bayraq Meydanı Muzeyinin eksponatları ilə tanış olmuş, Naxçıvanın dövlətçilik simvolları və bayrağının tarixi barədə məlumat almışdır.
Bu cür tədbirlər tələbələrə yalnız akademik biliklərin öyrədilməsi ilə kifayətlənməyib, həm də onlara milli və vətənpərvərlik ruhu aşılayır. Bu da öz növbəsində, gələcəkdə mühəndislik və texniki sahələrdə çalışan peşəkarların məsuliyyətli və vətənsevər vətəndaşlar kimi yetişmələrinə böyük təsir göstərəcəkdir.