8 aprel 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici dillər fənn birləşməsi komissiyasının müəllimləri tələbələrə açıq dərs keçmişdir.
8 aprel 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici dillər fənn birləşməsi komissiyasının müəllimləri tələbələrə açıq dərs keçmişdir.
Açıq dərs "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar olaraq Naxçıvan Dövlət Bayraq Meydanı Muzeyində baş tutmuşdur.
Açıq dərsin məqsədi tələbələrə Azərbaycanın müstəqilliyi, suverenliyi və Konstitusiyanın əhəmiyyəti barədə dərindən məlumat vermək, həmçinin Naxçıvanın tarixini və mədəniyyətini tanıdaraq onlara vətənpərvərlik ruhu aşılamaq idi. Açıq dərsdə tələbələr, müəllimlərlə birgə muzeyin eksponatlarını incələyərək Naxçıvanın dövlətçilik tarixinin önəmli mərhələləri ilə tanış oldular.
Bu cür tədbirlər, gənc nəslin milli kimliyini formalaşdırmaq və onlara vətənə xidmət etməyi öyrətmək baxımından böyük əhəmiyyət kəsb edir. Naxçıvan Dövlət Texniki Kollecinin müəllim və tələbə heyəti, belə açıq dərslərin gələcəkdə də davam etdiriləcəyini bildirərək, təhsilin keyfiyyətinin artırılmasına yönəlik daha çox fəaliyyət göstərəcəklərini vurğulamışlar.