Bugün,8oktyabr, Azərbaycanın qəhrəmanlıq səhifələrindən biri olan Cəbrayıl rayonunun işğaldan azad edildiyi gündür. 2020-ci ilin bu tarixində Azərbaycan Silahlı Qüvvələrinin şücaəti sayəsində Cəbrayıl düşmən tapdağından xilas edilərək azad olunmuşdur
Bugün, 8 oktyabr, Azərbaycanın qəhrəmanlıq səhifələrindən biri olan Cəbrayıl rayonunun işğaldan azad edildiyi gündür. 2020-ci ilin bu tarixində Azərbaycan Silahlı Qüvvələrinin şücaəti sayəsində Cəbrayıl düşmən tapdağından xilas edilərək azad olunmuşdur.
Cəbrayılın azad olunması, Vətən müharibəsinin gedişində strateji əhəmiyyətə malik mühüm bir hadisə idi. Bu zəfər, müzəffər Azərbaycan Ordusunun əzmi, xalqımızın birliyi və Ali Baş Komandanımızın qətiyyətli rəhbərliyi ilə qazanılmışdır. Cəbrayılın azad olunması ilə birlikdə işğal altındakı digər ərazilərin də geri alınması üçün yol açılmış və xalqımızın illərdir gözlədiyi haqq-ədalət bərpa edilmişdir.
Bu gün bizlər həm şəhidlərimizin ruhunu ehtiramla yad edir, həm də qazilərimizin qəhrəmanlığını minnətdarlıqla anırıq.
Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!