Xəbərlər

8 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Kənd Təsərrüfatı və İqtisadiyyat Fənn Birləşmə Komissiyasının müəllim və tələbələri şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Slide 1
Slide 2

Ziyarət zamanı tələbələr Vətən uğrunda canlarını fəda edən igid oğullarımızın məzarları önündə dualar oxuyub, onların xatirəsinə ehtiramlarını bildiriblər.

Müəllimlər və tələbələr şəhidlərimizin qəhrəmanlıq yolunu bir daha xatırlayaraq, onların vətən sevgisinin, mübarizə əzminin gənc nəsillərə örnək olduğunu vurğulayıblar. Ziyarət zamanı çıxış edən komissiya üzvləri, şəhid ailələrinin daim diqqət mərkəzində saxlanılmasının, onların qayğılarına və ehtiyaclarına xüsusi diqqət yetirilməsinin vacibliyini bildiriblər.

Bu tədbir gənclərin vətənpərvərlik ruhunu artırmaq, vətən sevgisini dərinləşdirmək və şəhidlərimizin xatirəsini əbədi yaşatmaq məqsədi daşıyırdı. Kənd Təsərrüfatı və İqtisadiyyat Fənn Birləşmə Komissiyasının üzvləri bu kimi ziyarətlərin davam etdiriləcəyini və vətən uğrunda şəhid olan qəhrəmanların heç vaxt unudulmayacağını qeyd ediblər.

Şəhidlərin ruhuna ehtiram, onların ailələrinə olan dəstək və diqqət bu ziyarətlərin əsas məqsədidir və bu cür təşəbbüslər gənclərin milli-mənəvi dəyərlərə sadiqliyinin artırılmasında böyük rol oynayır.