8 oktyabr tarixində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Humanitar fənnlər birləşməsi komissiyasının müəllim və tələbələri Şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Burada əsas məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini yad etmək və gənc nəslə vətənpərvərlik ruhunu aşılamaq olub.
Ziyarət zamanı tələbələr şəhidlərimizin məzarları önündə onların ruhuna dualar oxuyub və Vətən uğrunda qəhrəmanlıqla canlarını qurban vermiş igidlərimizin əziz xatirəsini ehtiramla anıblar. Müəllim və tələbələr şəhid ailələrinin dərdlərinə şərik olduqlarını bildirərək, onların qəhrəmanlıqlarının xalqımızın yaddaşında əbədi olaraq qalacağını vurğulayıblar.
Şəhidlərimizin göstərdiyi şücaət və fədakarlıq xalqımızın ən böyük qürur mənbəyidir və bu qəhrəmanlıq dastanı hər bir gəncin yaddaşında əbədi yaşamalıdır.